İranda öldürülən hakimlərin kimliyi açıqlandı: “casusluq” işi…
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Tehranın Ərk meydanında güllələnən İran Ali Məhkəməsi hakimlərinin kimliyi açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, silahlı hücum nəticəsində Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqəyseə və Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini hadisə yerində ölüb, Miri soyadlı hakim və onun mühafizəçisi isə ağır yaralanıb.
İran Ali Məhkəməsinə yaxın media qurumları hadisənin əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu yazıb.
Güllələnən hər üç hakim “terror”, “casusluq” və “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” ittihamlarına görə saxlanılan məhkumları mühakimə ediblər.
Qeyd edək ki, hakimlərin güllələyən şəxsin hadisə yerində intihar etdiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















