Icma.az
close
up
RU
İranda “Qarabağ planı” işə düşdü: Türklərlə kürdləri buna görə toqquşdururlar...

İranda “Qarabağ planı” işə düşdü: Türklərlə kürdləri buna görə toqquşdururlar...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrandakı molla rejiminin Güney azərbaycanlılara qarşı etnik diskriminasiya siyasəti ildən-ilə artır. Ana dilində təhsilin olmaması, assimilyasiya, siyasi repressiya, sosial iqtisadi vəziyyətin pis olması, Güney Azərbaycanda sənayenin inkişafında maneələrin yaradılması bunu sübut edir.

Əslində yuxarıda qeyd etdiyim problemlər bu və ya başqa formada Güney üçün təhlükəli tendensiyadır. Lakin bütün bunlarla yetinməyən rejim SSRİ-nin məşhur planına da əl atır. Söhbət qonşu xalqları ərazi əsaslı qarşı-qarşıya qoyub etnik ədavət yaratmaqdan gedir.

Məlum olduğu kimi, SSRİ 70 il ərzində 15 respublikanın siyasi sərhədlərini məqsədyönlü şəkildə qeyri-adekvat tərtib etdi. Cənubi Qafqaz, Mərkəzi Asiya regionlarında dünyanın heç bir regionunda olmayan anklav və eksklavlar yaradıldı. Bu da azmış kimi, Qarabağın dağlıq hissəsinə erməniləri kütləvi şəkildə yerləşdirilərək gələcək perspektivdə münaqişələrin yaranması üçün baza formalaşdırdı. Hətta SSRİ-nin məşhur “Qızıl Kürdüstan” layihəsi də olacaqdı, amma xoşbəxtlikdən bu plan baş tutmadı.

İran bu gün eyni siyasəti Güney Azərbaycanda, başqa cür desək, Qərbi Azərbaycan əyalətində edir. Rejim 10 ildən artıqdır ki, Qərbi Azərbaycan əyalətini kürdləşdirməyə çalışır. Düzdür, regionda kürdlər yaşayıb, lakin sayları indiki kimi olmayıb. Yəni Güney Azərbaycan türklərinin sayı hər zaman kürdlərdən çox olub. Molla rejimi əyalətinin İraqla sərhəd olmasından da istifadə edərək bölgəni kürdləşdirməyə çalışır. Vəziyyət o həddə çatıb ki, martın 18-də kürdlər şənlik tədbirlərini siyasi mitinqə çevirərək, Azərbaycan torpaqlarına, o cümlədən Urmiyaya torpaq iddiaları irəli sürüblər. Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir kürd və başqa şəhərlərdən Urmiyaya gətirilən qonaqlar “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə İraq Kürdüstanının bayraqlarını qaldırıblar.

Gözlənildiyi kimi, Güney Azərbaycan türkləri də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində izdihamlı etiraz aksiyası keçirilib. Urmiyanın mərkəzi küçələrinə axışan on minlərlə azərbaycanlı kürdlərin Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etiraz ediblər. “Azərbaycan oyaqdı, kürdlər bizə qonaqdı”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Urmiya türkündü, türkün olacaq”, Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz” və başqa bu kimi şüarlar səsləndirilib.

Əslində Güney azərbaycanlılar son illərdə tez-tez rejimə qarşı aksiyalar keçirir, səslərini sivil formada çatdırmaq istəyir. Lakin hazırda vəziyyət göründüyü kimi bəsit deyil. İran açıq-aşkar SSRİ-nin ermənilər və azərbaycanlılara etdiyi kimi kürdlər ilə Güney Azərbaycan türkləri arasında ərazi əsaslı etnik qarşıdurma yaratmaq istəyir. Baş verən hadisələrdən bu qənaətə gəlmək olar ki, plan uğurla icra edilir.

Əslində ən az Güney azərbaycanlılar kimi kürdlər də İranı narahat edən etnik qrupdur. Hər iki etnik qrupun yaxın tarixdə dövlət qurmaq cəhdi olub. Çox bilinməsə də İranda ötən əsrdə qısa müddətdə olan kürdlər dövlət qura bilib. Onu da deyim ki, kürdlər ilə Güney azərbaycanlılar bir çox məsələdə ortaq hərəkət edib. Rejim gələcəkdə belə bir şeyin olmaması üçün bu planı aktivləşdirir – hər iki xalqı üz-üzə qoymağa çalışır.

Nəticə etibarilə Urmiya və ətraf ərazilərdə baş verən aksiyalar hələlik müvəqqəti olsa da yaxın gələcəkdə kürdlər ilə Güney Azərbaycan türkləri arasında etnik qarşıdurmaların olma ehtimalından xəbər verir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Mart 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri