Icma.az
close
up
RU
İranda qətliamın miqyası dəhşət saçır: ölənlərin sayı 22 mini keçə bilər

İranda qətliamın miqyası dəhşət saçır: ölənlərin sayı 22 mini keçə bilər

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

İranda etiraz aksiyaları zamanı həlak olanların sayı 22 min nəfəri keçə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) yaydığı son hesabatda bildirib.

Məlumata görə, hazırda 5 459 nəfərin ölümü rəsmi şəkildə təsdiqlənib, daha 17 031 nəfərin həlakı isə araşdırma mərhələsindədir. Bu da ümumi itkilərin 22 min nəfəri keçə biləcəyini göstərir. Hüquq müdafiəçilərinin vurğuladığına görə, faktiki rəqəmlər daha da yüksək ola bilər.

HRANA-nın məlumatında qeyd olunur ki, ölkə üzrə 40 887 nəfər saxlanılıb. Onlardan 325-dən çoxu 18 yaşdan aşağı olan yeniyetmələrdir. Saxlanılanların əksəriyyəti birbaşa etirazlarda iştirak edənlər və ya bu aksiyalarla əlaqələndirilən şəxslərdir.

Bununla yanaşı, hesabatda İranda informasiya blokadasının davam etdiyi xüsusi vurğulanır. Hakimiyyətə yaxın bəzi KİV-lərin internetə çıxışın guya 40 faiz bərpa olunduğu barədə məlumat yaymasına baxmayaraq, NetBlocks-un texniki ölçmələri bunun əksini göstərir. Son məlumatlara əsasən, ölkə üzrə internetin kəsilməsi ümumilikdə 375 saatı keçib.

Hüquq müdafiəçiləri bildirirlər ki, informasiya blokadası real itkilərin miqyasını gizlətmək, etirazların coğrafiyasını və intensivliyini ört-basdır etmək məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət isə İranda baş verən hadisələrə görə rəsmi Tehrana qarşı təzyiqlərin artırılmasını tələb edir.

Qeyd edək ki, İranda etirazlar uzun müddətdir davam edir və əsas səbəb kimi ağır iqtisadi vəziyyət, inflyasiya, işsizlik və sosial ədalətsizlik göstərilir. Aksiyalar getdikcə daha geniş miqyas alır və ölkənin bir çox şəhərini əhatə edir./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri