İranda qızıl mədəninə hücum: texnika yandırıldı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Kürdüstan əyalətinin Saqqız bölgəsində yerləşən “Mirgə Nəqşine” qızıl mədəninə hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, dünən axşam saatlarında beş naməlum şəxs mədən ərazisinə daxil olaraq əvvəlcə iki mühafizəçini döyüb, daha sonra isə avadanlıqları yandırıb.
Saqqız şəhərinin başçısı təsdiqləyib ki, yanğın nəticəsində iki ekskavator, bir qreyder və beş konteyner tamamilə yanaraq yararsız hala düşüb. Hücum edən şəxslər hadisədən sonra ərazidən qaçıblar.
Şəhər meri hadisənin “terror aktı” olması ehtimalını rədd edib və təhlükəsizlik qurumlarının araşdırma apardığını bildirib
Bəzi media orqanları hücumda PJAK-ı ittiham etsə də, bu, rəsmi şəkildə təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 May 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















