İranda qızlar məktəbi vuruldu: 40 şagird öldü, 48 i yaralı var
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 48 məktəbli isə yaralanıb.
Milli.Az xəbər verir ki, hadisə dərs vaxtı baş verib. Zərbə nəticəsində məktəb binası ciddi dağıntılara məruz qalıb, şagirdlər dağıntılar altından çıxarılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.
Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. /Musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 28 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















