İranda rejim çökərsə, nə baş verəcək? Politoloqun şərhi
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İranda rejim çökərsə, hadisələrin necə cərəyan edəcəyini təxmin etmək üçün qonşu İraqa baxmaq lazımdır".
"Unikal" xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
"Böyük ehtimalla İran da İraq kimi ilkin mərhələdə dağılmayacaq, amma güclü mərkəzi hakimiyyətin formalaşmasına da imkan verilməyəcək. Kürdlərin təşkilatlanmış və xarici dəstəyə sahib güc kimi ön plana çıxacağı şübhəsizdir. İraq və Suriyadan sonra İranda da mərkəzdən asılılığı minimuma enən və öz ordusu olan kürd muxtar bölgəsinin (ya de‐yure, ya de‐fakto, fərq etməz) ortaya çıxması ehtimalı yüksəkdir.
Əgər Türkiyədə mövcud hakimiyyət sərt xətti davam etdirərsə və azad seçki institutuna da qəsd edib, dinc dəyişiklik yolunu bağlayarsa (Türkiyə üçün məhz bu tələ qurulur), Orta Şərqdəki müstəqil kürd dövləti layihəsinin 4‐cü parçası bir müddət sonra Türkiyə içərisindən çıxacaq və pazl tamamlanmış olacaq", - deyə Ş.Cəfərli bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Yanvar 2026 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















