İranda rejim dəyişib, Xameneinin oğlu isə Tramp
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Amerika sülh planının əksər hissəsi ilə razılaşıb, lakin ABŞ Tehrana əlavə tələblər qoymaq istəyir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Floridadan Vaşinqtona dönərkən təyyarəsində jurnalistlərə deyib: "Onlar bizim əksər bəndlərimizlə razılaşıblar... Onlar planla bağlı bizimlə razılaşırlar. Biz 15 bənd istədik və onlar əsasən qəbul edilib və biz daha bir neçə şey istəyəcəyik".
Tramp hesab edir ki, İranda rejim dəyişikliyi artıq baş verib: “Gördüyünüz kimi, rejim dəyişikliyi artıq baş verib, çünki bir rejim məhv edilib, hamısı ölüb. Növbəti rejim əsasən ölüb və üçüncü rejimlə biz əvvəllər heç kimin qarşılaşmadığı fərqli insanlarla məşğul oluruq. Bu, tamamilə fərqli bir qrup insandır. Buna görə də inanıram ki, rejim dəyişib və açığı, onlar çox ağıllıdılar”.
Bundan əlavə, o, İranın yeni Ali Lideri Müctəba Xameneinin ya öldüyünü, ya da ağır yaralandığını ehtimal edir: “Onun (Ayətullah Əli Xameneinin - red.) oğlu ya ölmüş, ya da ağır vəziyyətdədir. Onun haqqında heç nə eşitməmişik”./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 30 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















