Icma.az
close
up
RU
İranda rejim dəyişikliyi gözlənilmir: Vaşinqton Təl Əvivin əli ilə Tehranı yumşaldır

İranda rejim dəyişikliyi gözlənilmir: Vaşinqton Təl Əvivin əli ilə Tehranı yumşaldır

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran və İsrail arasında silahlı qarşıdurma təhlükəli mərhələyə keçib. Raket hücumları, hava zərbələri və diplomatik ritorika hər iki tərəfin geri çəkilməyə hazır olmadığını göstərir.

Bakıvaxtı.az-ın məlumatına görə, ekspertlər bu qarşıdurmanın qısa deyil, həftələrlə, hətta aylarla çəkə biləcəyini bildirirlər. Qeyd olunur ki, İsrailin əsas məqsədi İranın nüvə və raket imkanlarını sıradan çıxarmaqdır. İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların konkret zamanla məhdudlaşmadığını açıq şəkildə bəyan edib. İran tərəfi rəsmi olaraq münaqişəni genişləndirmək istəmədiyini, danışıqlara hazır olduğunu desə də, hər gün İsrailə yüzlələr ballistik raketləri göndərir. Reallıq isə odur ki, qarşılıqlı hücumlar davam edir və hər iki tərəfdən ciddi itkilər qeydə alınır. Həyatını itirənlər arasında mülki insanlar da var.

AĞ Partiya sədri Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İran-İsrail hərbi qarşıdurmasına uzun müddət idi hazırlıq gedirdi.

Onun sözlərinə görə, İranın vurulacağı çoxdan gözlənilirdi:

"Amma əksəriyyət İsrailin birbaşa deyil, daha çox ABŞ-nin İrana hərbi müdaxiləsini gözləyirdi. İsrail, demək olar ki, öz qonşuluğundakı bütün ölkələrə hücumlar edib. Qəzza, Suriya, İraq, Livan və başqa bölgələri hədəf alıb. Özünü o qədər cəzasız və rahat hiss edib ki, İran kimi bir ölkəyə açıq hava zərbələri ilə hücuma keçib. Münaqişə nə qədər, hara kimi davam edə bilər? Təbii ki, heç kəsə sirr deyil ki, İsrailin arxasında ABŞ dayanmasa, Tel-Əviv bu miqyasda hərbi əməliyyata risk etməzdi, cəsarət göstərməzdi. ABŞ birbaşa özü İrana hərbi müdaxilə etməsə də, İsrailə hərbi, siyasi, logistik, texnoloji və kəşfiyyat yardımı göstərməklə öz konkret mövqeyini sərgilədi”.

Müsahibimiz qeyd edib ki, müharibə sadəcə meydanda getmir, o cümlədən kəşfiyyat qurumları arasında, süni peyklərin vasitəsi ilə texnoloji sahədə də qarşıdurma yaşanır. Xüsusi xidmət orqanlarının savaşında İran məğlub oldu. İsrail kəşfiyyatı İranın dərinliklərinədək işləyib, bütün gizli obyektləri hədəf halındadır.

T.Abbaslı vurğulayıb ki, İsrail İranı işğal edə bilməz:

"İşğal üçün quru əməliyyatı lazımdır və İsrailin İrana qarşı quru əməliyyatı keçirmək gücü yoxdur. İsrailin gücü hava hücumu vasitəsi isə maksimum İranı zəiflətməkdir və özünə təhdid olmaqdan çıxarmaqdır. Həmçinin, ABŞ ilə masaya əyləşməyə məcbur etməkdir. Bugünədək İran ABŞ ilə nüvə danışıqlarında prinsipial mövqe tutmuşdu. ABŞ İsrailin əli ilə İranı yumşaldır. Buna da nail olacaqlar”.

Tural Abbaslı: İranda rejimin dəyişməsi, ölkənin parçalanması İsraildən başqa heç kimə sərf etmir

O, qarşılıqlı raket atışlarının həftələrlə, aylarla uzanacağına inanmır. Həmsöhbətimiz hesab edir ki, bir neçə gündən sonra səngiyəcək və İran ABŞ ilə danışıqları davam etdirəcək.

“İranda rejim dəyişikliyi də gözlənilmir. Çünki İranda rejimin dəyişməsi, ölkənin parçalanması İsraildən başqa heç kimə sərf etmir. Rejimi ancaq İran xalqı dəyişə bilər, amma görünən odur ki, xalq hələlik bunu istəmir. Pəhləvilər və PKK uzantısının farsları qiyama səsləməsi də effekt vermir. Əksinə, rejim bu hadisələrdən təbliğat vasitəsi kimi yararlanaraq, əhalini rejim ətrafında birləşdirməyə çalışacaq".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri