İranda Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfər saxlanılıb
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran iqtidarı Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfəri saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SNN telekanalı bildirib.
Məlumata görə, saxlanılanlardan biri özəl şirkətdə işləyir, digəri isə dövlət qulluğunda çalışır.
İstintaq davam edir, baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün “əlavə araşdırmalar” aparılması tələb olunur.
Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib. İran Daxili İşlər Nazirliyi hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib.
Partlayış və yanğın nəticəsində 70 nəfər ölüb.
Bu mövzuda digər xəbərlər:Pezeşkian Rəcai limanındakı partlayışla bağlı göstəriş verdi
26 Aprel 2025 18:20
Azərbaycan XİN İranda limanda partlayışla əlaqədar başsağlığı verib.
27 Aprel 2025 09:43
İranda Şəhid Rəcai limanında baş verən partlayışlarda 11 işçi itkin düşüb
09 May 2025 15:44
Şəhid Rəcai limanında yanğın başlayıb
05 May 2025 15:32
Şəhid Rəcai Limanı hədəf seçilib EKSPERT
29 Aprel 2025 07:32
Baxış sayı:74
Bu xəbər 04 May 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















