İranda Şəmxani qalmaqalı: rejimdaxili savaşın yeni təzahürü
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Bir neçə gündür İran mediasında bu ölkənin dini lideri Əli Xamineyinin müşaviri Əli Şəmxaninin qızının dəbdəbəli toyu ətrafında ciddi müzakirələr gedir.
Tribunainfo.az xəbər verir ki, müşavirin bahalı toy etməsi ilə yanaşı, qadınların açıq-saçıq geyinməsi cəmiyyətdə etirazlara səbəb olub.
Sosial şəbəkələrdə gedən müzakirələrə qeyd edilir ki, dini qaydalara riayət İran rejimi üçün yalnız sıradan vətəndaşlara şamil edilir. Onlar rejim mənsublarını ikiüzlülükdə, riyakarlıqda və dindən şəxsi mənfəətləri üçün istifadə etməkdə ittiham ediblər.
Ötən gün Şəmxani də məsələyə münasibət bildirib. Daha doğurusu, o, bu videonu yayan və yaydıranları təhqid edib. “Alçaqlar, mən hələ ölməmişəm. Sağam”.
Amma İran mediasında ötən gün dolaşan bir xəbər məsələnin üzərinə qismən gün işığı salıb. İranlı jurnalist Əli Qolhəki bu barədə yazıb ki, Şəmxaninin qızının toyundan çəkilmiş görüntülərin mediaya sızdırılması daxili ixtilafın nəticəsidir. “Görüntülər təsadüfi deyil, məqsədli şəkildə çox yaxın çevrə tərəfindən sızdırılıb. Bu, rejimdaxili çəkişmələr, qrupların bir biri ilə savaşmasının göstəricisidir”.
Jurnalist vurğulayıb ki, Şəmxaninin oğlu İranda ən böyük dəniz donanmasına malikdir. “Şəmxaninin oğlunun donanması sanksiya altındadır. Amma fəaliyyət göstərir. Onu ələ keçirmək istəyən qüvvələr var. Elə görüntüləri də onlar yaydırıblar”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















