İranda su böhranı: 60 ilin ən quraqlıq dövrüdür
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Tahranda iki həftəlik içməli su qalıb
Pezeşkiyan paytaxtın bəzi hissələrinin məcburi şəkildə təxliyə ilə üzləşə biləcəyini bildirib
İranda uzun sürən quraqlıq və barajlardakı suyun kəskin azalması ciddi su böhranına səbəb olub.
Sherg.az xəbər verir ki, meteorologiya 2025-ci ilin payızını “son 60 ilin ən quraq dövrü” adlandırır. Tahran da daxil olmaqla 20 vilayətdə demək olar ki, yağış düşməyib, barajların doluluğu isə orta göstəricidən 35% aşağıdır.
Tahrana su verən Emir Kəbir Barajında cəmi 14 milyon kubmetr su qalıb, bu isə paytaxt üçün iki həftədən az içməli su deməkdir. Bəzi rayonlarda su gündəlik müəyyən saatlarda kəsilir.
Prezident Məsud Pezeşkiyan yağışlar davam etməsə Tahranın bəzi hissələrinin məcburi şəkildə su məhdudiyyəti və hətta müvəqqəti təxliyə ilə üzləşə biləcəyini bildirib.
Meşheddə vəziyyət daha ağırdır, barajlarda su səviyyəsi 3%-dən də aşağı düşüb. Mütəxəssislər yaxın həftələrdə su kəsintilərinin artacağını, ciddi yağışların isə ən azı dekabrın ortalarınadək gözlənilmədiyini deyirlər.
Rəsmilər əhalini təcili suya qənaətə çağırır. Uzunmüddətli problemlərin səbəbləri kimi isə davamlı quraqlıq, yeraltı suların həddindən artıq istifadəsi, qeyri-effektiv su idarəçiliyi və iqlim dəyişiklikləri göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 14 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















