İranda tanınmış ruhani Məkarim Şirazi: Hicab problemini təzyiqlə həll etmək olmaz
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hicab problemini təzyiqlə və sərt şəkildə həll etmək olmaz".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə tanınmış ruhani Nasir Məkarim Şirazi bəyan edib.
O, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafla görüşündə ölkədə məcburi hicabla bağlı məsələdən söz açıb:
"İranda hicab, siyasi məsələyə çevrilib. Bu problemi təzyiqlə və sərt şəkildə həll etmək olmaz, ancaq müsbət üsullardan istifadə edilməlidir", - deyə o bildirib.
Məkarim Şirazi İranda elektrik enerjisinin kəsilməsinə görə də hökumət rəsmilərini tənqid edib. O, baş verənlərin səbəbinin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməməsi və məsuliyyətsizlik olduğunu vurğulayıb:
"Bir plan düşünün ki, gələcəkdə belə problemlər yenidən təkrarlanmasın", - deyə tanınmış ruhani qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















