Icma.az
close
up
RU
İranda Tramp üçün ikinci Əfqanıstan “batağlığı ...

İranda Tramp üçün ikinci Əfqanıstan “batağlığı ...

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mətləb Salahov: “ABŞ hər gün sürətlə çıxılmaz müharibəyə sürüklənir”

“İndi ABŞ və İsrailin İranda apardıqları hərbi əməliyyatlar ilk günlərdə elan edilən məqsədlərdən çox-çox uzaq formada davam edir. Hələ müharibədən öncə qeyd etdiyimiz kimi, əgər müharibə planlaşdırılmayıbsa, real və aydın məqəsədlər yoxdursa, o zaman bölgə xaotik qanlı savaşa sürüklənəcək, üstəlik idarəolunmaz müharibə ABŞ-ın özünü çıxılmaz vəziyyətə salacaq.

Bax, müharibədən öncə dilə gətirdiklərimiz indi reallaşır. ABŞ nə İranda rejim dəyişdirə bildi, nə İranın hərbi potensialı məhv edildi, nə də ən çox ümid etdikləri kimi İran daxilində xaos və iğtişaşlar reallaşdı. Bunların heç bir olmadı. Bunların tam əksinə, hazırda Vaşinqton İranda ciddi etibar, müharibəni aparmaq üçün hər gün milyard dollarlar və Trampın elan etdiyi “qarşısıalınmaz güc” mifini tamamilə itiməklə məşğuldur”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırda ABŞ Administrasiyası ya müharibəni quru qoşunlarını cəlb etməklə davam etdirməli, ya da “sürüngəc müharibə” metoduna üstünlük verməklə nəyəsə nail olmağa çalışmalıdır: “Hazırda D.Tramp Administrasiyası İranda “İkinci Əfqanıstan batağlığına” düçar olub. Belə görünür ki, müharibəni başladanlar onun gedişatı barədə kifayət qədər düşünməyiblər. Çünki hazırda ABŞ-ın dediyinin tam əksinə İran gözləndiyi kimi zəif təsir bağışlamır, hərbi ehtiyatları da tükənənə oxşamır. Həm də unutmaq olmaz ki, nə hazırkı İran 90-cı illərin İraqıdır, nə də dünya siyasəti o zamankı vəziyyətdədir. İranla quru qoşunları şəklində açıq müharibə isə ABŞ-ı daha da tükəndirəcək. İran müharibəsi həm ABŞ üçün hər gün milyardlarla dollara başa gəlir, üstəlik İsrailin hərbi resurslarında da artıq nəzərəçarpacaq dərəcədə itkilər hiss olunur. Bir sözlə, ABŞ hər gün sürətlə çıxılmaz müharibəyə sürüklənir”.
Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Mart 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri