Icma.az
close
up
RU
İranda Türkiyə ilə bağlı qəribə plan: İki raket hücumunda mesaj kimə idi?

İranda Türkiyə ilə bağlı qəribə plan: İki raket hücumunda mesaj kimə idi?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, İran Türkiyəyə yenidən ballistik raket zərbəsi endirib. Raket Aralıq dənizindəki NATO gəmiləri tərəfindən vurulub, qalıqları isə Qaziantep vilayəti ərazisinə düşüb.

Ekspertlərin fikrincə, həm ötən dəfəki, həm də dünənki raket hücumlarının istiqaməti NATO-nun Adanadakı İncirlik hərbi bazası və ya Malatyadakı Kürəcik radar stansiyası ola bilər.

İran Türkiyəni və NATO-nu müharibəyə qoşmaq istəyir? Hücumun əsas məqsədi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Rəşad Bayramov deyib ki, İrandan Türkiyə ərazisinə yenidən ballistik raket atılması hadisəsi təsadüfi epizod deyil, daha geniş geosiyasi kontekstin tərkib hissəsi ola bilər:

“Raketin uçuş məsafəsinə baxdıqda, həqiqətən də ehtimal olunan hədəf kimi Adanadakı İncirlik hərbi bazası və ya Malatyada yerləşən Kürəcik radar stansiyası ön plana çıxır. Məlumdur ki, adı çəkilən hər iki obyekt NATO-nun regional müdafiə sistemində mühüm rol oynayır.

Türkiyənin NATO üzvü olmasını və hədəflərin Alyansın müdafiə sistemlərinə daxil olduğunu nəzərə alsaq, İranın bu zərbələrinin faktiki olaraq hərbi alyansı, o cümlədən Türkiyəni müharibəyə qoşmaq və bununla da özünə qarşı cəbhəni genişləndirmək məqsədi daşıması mümkündür. İranın indiki vəziyyətində bu, olduqca məntiqsiz görünə bilər, çünki NATO ilə birbaşa qarşıdurma Tehran üçün ağır nəticələr doğurar. Buna baxmayaraq, Tehran bu cür addımlarla birbaşa müharibə yox, daha çox siyasi və hərbi təzyiq strategiyası həyata keçirir.

İranın mümkün hədəfləri arasında göstərilən İncirlik bazası yalnız Türkiyənin deyil, eyni zamanda ABŞ və NATO-nun regiondakı əsas hərbi infrastrukturlarından biridir. Bu bazadan Yaxın Şərqdə aparılan əməliyyatlar üçün logistika və hava dəstəyi təmin olunur. Malatyadakı Kürəcik radar stansiyası isə NATO-nun raketdən müdafiə sisteminin vacib elementlərindən sayılır. Bu baxımdan belə obyektlərin potensial hədəf kimi seçilməsi Türkiyədən çox NATO-nun regiondakı hərbi imkanlarına mesaj kimi qiymətləndirilə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, İranın davranış modelinə baxdıqda “məhdud eskalasiya” strategiyasının izlərini görmək mümkündür:

“Tehran tez-tez elə addımlar atır ki, gərginliyi artırır, lakin eyni zamanda tammiqyaslı müharibəyə səbəb olacaq həddi keçməməyə çalışır. Bu, bir tərəfdən rəqiblərə təzyiq göstərmək, digər tərəfdən isə birbaşa genişmiqyaslı hərbi qarşıdurmadan qaçmaq məqsədini daşıyır. Belə taktika regiondakı güc balansını daim gərgin saxlayır və qarşı tərəfi strateji dilemma qarşısında qoyur.

Digər mühüm məqam NATO-nun reaksiyasıdır. Türkiyə alyansın üzvü olsa da, hər bir raket insidenti avtomatik olaraq kollektiv müdafiə mexanizminin işə düşməsi demək deyil. NATO adətən belə hallarda vəziyyəti diqqətlə qiymətləndirir və hadisənin qəsdən hücum olub-olmadığını müəyyən etməyə çalışır. İranın da bu məqamı nəzərə alaraq riskləri müəyyən qədər hesabladığı ehtimal olunur. Yəni Tehran hesab edə bilər ki, bu cür epizodlar siyasi gərginlik yaradacaq, lakin NATO-nun dərhal genişmiqyaslı hərbi əməliyyatlara başlamasına gətirib çıxarmayacaq.

Buna baxmayaraq, belə insidentlərin davam etməsi region üçün son dərəcə təhlükəli tendensiya yarada bilər. Hər hansı raketin təsadüfən yaşayış məntəqəsinə düşməsi və ya hərbi obyektə ciddi zərər vurması vəziyyətin tamamilə fərqli mərhələyə keçməsinə səbəb olar. Bu halda diplomatik və siyasi manevr imkanları xeyli daralar və tərəflər daha sərt qərarlar vermək məcburiyyətində qalar.

Odur ki, İranın bu cür addımlarını birbaşa NATO ilə müharibə istəyi kimi qiymətləndirmək doğru olmaz. Daha real ehtimal ondan ibarətdir ki, Tehran regionda strateji təzyiq yaratmağa və ABŞ ilə NATO-nun hərbi infrastrukturlarına mesaj verməyə çalışır. Lakin bu strategiya son dərəcə risklidir, çünki hər bir səhv hesablanmış addım böyük regional qarşıdurmanın başlanğıcına çevrilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Mart 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri