Icma.az
close
up
RU
İranda Venesuela təşvişi: Pezeşkian narazılıq etdi, iki dost ölkə geri çəkildi

İranda Venesuela təşvişi: Pezeşkian narazılıq etdi, iki dost ölkə geri çəkildi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ağır vəziyyətdə olan İran tərəfdaş ölkələrin rəsmi Tehrana dəstəyini artırmasını istəyir. Məsələ burasındadır ki, İran rejimi yürütdüyü siyasət nəticəsində təkcə Qərb ölkələri ilə deyil, qonşu dövlətlərlə də münasibətlərdə ciddi gərginlik yaşayır. Buna baxmayaraq, Tehran iki əsas tərəfdaşdan – Rusiya və Çindən daha fəal dəstək gözləyir. İranın xarici işlər naziri Abbas Əraqçinin Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə telefon danışığı da məhz bu məqsədə xidmət edirdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq bildirib ki, Abbas Əraqçi telefon danışığı zamanı çinli həmkarını İranda baş verən son hadisələr barədə məlumatlandırıb:

“Əraqçi ölkədə sabitliyin bərpa edildiyini və dialoq üçün qapıların açıq olduğunu bildirib. O, eyni zamanda Çindən regionda sülh və sabitliyin təmin olunmasında daha fəal rol gözlədiklərini vurğulayıb.

Van Yi cavabında qeyd edib ki, Çin BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə güc tətbiqinin əleyhinədir. Çinli nazir bütün tərəfləri təmkinli olmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb. O, həmçinin Pekinin bu prosesdə konstruktiv rol oynamağa hazır olduğunu bildirib.

Bu arada, Çin ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bir daha bəyan edib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin vurğulayıb ki, Pekin ardıcıl şəkildə digər dövlətlərin daxili işlərinə müdaxilənin əleyhinə çıxış edir və Tehranın milli sabitliyi təmin etmək səylərini dəstəkləyir. Oxşar mövqelər Rusiya Federasiyasının rəhbərliyindən də səsləndirilib”.


Elxan Şahinoğlu

E.Şahinoğlu qeyd edib ki, ABŞ Venesuelanı nəzarətə götürdükdə Rusiya və Çin buna etiraz etsələr də, prosesin qarşısını ala bilmədilər:

“İran rejimi Moskva və Pekinin Tehrana münasibətdə də eyni siyasəti sərgiləyəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək Venesueladan daha ağır geosiyasi nəticələr doğura bilər. Lakin Venesueladan fərqli olaraq, İranda mümkün dəyişikliklər daxildən başlasa və buna ABŞ da açıq və ya dolayı dəstək versə, iki ölkənin də prosesə müdaxilə imkanları xeyli məhdud olacaq. Tehranda bu reallıq yaxşı dərk olunur.

Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi obyektlərinə raket zərbələri endirdikdən sonra İran Prezidenti Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını açıq şəkildə etiraf etmişdi. Prezident konkret ölkələrin adını çəkməsə də, bu açıqlamanın Rusiya və Çinə ünvanlandığı aydın idi.

Rusiyanın diqqəti Ukrayna müharibəsinə yönəlib və Moskvanın müxtəlif regionlarda baş verən proseslərə operativ reaksiya vermək üçün resursları məhduddur. Çin isə nə Venesuelaya, nə də İrana görə ABŞ-la münasibətləri daha da gərginləşdirmək niyyətində deyil. ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlaması Çin iqtisadiyyatı üçün əlavə risklər yarada bilər.

Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada ABŞ Prezidenti Donald Trampla görüşərək ticarət barışığı əldə etmişdi. Müşahidəçilərin fikrincə, Si Cinpin bu razılaşmanı İran məsələsinə görə riskə atmaq niyyətində deyil”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri