İranda yeni tədris ili başladı 16,5 milyon şagird məktəbə gedir
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İranda məktəblər yeni tədris ili üçün qapılarını şagirdlərin üzünə açıb.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İranda yeni tədris ili sentyabrın 23-də başlayıb. İbtidai siniflərdə dərslər səhər saat 08:00-da, orta təhsilin birinci və ikinci pillələrində isə saat 07:30-da başlayır.
Yeni tədris ili öncəsi məktəblərin hazırlanması, müəllimlərin yerləşdirilməsi, şagirdlərin qeydiyyatı və dərsliklərin paylanması ilə bağlı işlər həyata keçirilib.
Yeni tədris ilində ölkə üzrə 124 mindən çox məktəbin fəaliyyət göstərəcəyi və burada 16,5 milyondan çox şagirdin təhsil alacağı gözlənilir. Məktəblərin təxminən 83 faizi dövlət, 17 faizi isə qeyri-dövlət məktəbləridir. Yeni tədris ili ilə eyni vaxtda yeni məktəblərin istifadəyə verilməsi nəticəsində ölkədə təhsil müəssisələrinin sayının da artacağı bildirilir.
Ölkədəki şagirdlərin 9 milyondan çoxu ibtidai təhsil pilləsində oxuyur. Orta təhsilin birinci pilləsində isə 3 milyon 948 min 152 şagird təhsil alır.
Orta təhsilin ikinci pilləsində 1 milyon 711 min 527 şagird nəzəri istiqamətdə təhsil alır. Bundan başqa, təxminən 873 min şagird texniki-peşə təhsili, 555 minə yaxın şagird isə peşə yönümlü “Kardaneş” istiqamətində oxuyur.
Yeni dərs ilinin ilk tədbirlərindən biri “Fədakarlıq və şəhadət zəngi”dir. Bu proqram çərçivəsində şagird şəhidlərin, eləcə də Minab şəhərindəki “Şəcərəyi-Təyyibə” məktəbinin şəhidlərinin xatirəsi yad edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 23 Sentyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















