İrandakı aksiyalara görə saxlanılan keçmiş deputat sərbəst buraxıldı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran rəhbərliyi ölkədə baş verən etirazlar çərçivəsində saxlanılan parlamentin keçmiş üzvü İbrahim Əsgərzadəni və İslahatçılar Cəbhəsinin adı açıqlanmayan nümayəndəsini sərbəst buraxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyinə onların vəkili Hocat Kermani açıqlayıb.
Onun sözlərinə görə, onlar girov müqabilində azad olunublar.
Qeyd edək ki, İbrahim Əsgərzadə 1988-ci ildən 1992-ci ilə qədər İran parlamentinin, 1999-2003-cü illərdə isə Tehranın şəhər şurasının üzvü olub. Beynəlxalq təşkilatların məlumatına görə, 2025-ci il dekabrın sonunda İranda başlayan və yanvarın sonuna qədər davam edən aksiyalarda 40 minə yaxın şəxs saxlanılıb. Onlardan bəzilərinə qarşı iğtişaşların təşkilində və terrorizmdə iştirakla bağlı ittihamlar irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















