İrandakı aksiyalarda öldürülən güneyli gənclərin SİYAHISI
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrandakı etirazlarda öldürülən 7 güneyli gəncin kimliyi məlum olub.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın və Güney Azərbaycanın müxtəlif şəhərlərində baş verən son etirazlar zamanı öldürülən daha 7 etirazçının şəxsiyyəti müəyyən edilib.
Onlar aşağıdakılardır:
• Əhməd Ancəfi, Ərak – uzun məsafəli qaçış üzrə çempion. Yanvarın 8-də keçirilən etiraz aksiyası zamanı həyatını itirib.
• Məhəmməd Fateh, 26 yaş, Qəzvin – etirazlar zamanı hökumət qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüb.
• Əsəl Şakiri, 23 yaş, Təbriz – fotoqraf və videoqraf. Cəsədi 12 gün sonra ailəsinə təhvil verilib.
• Məhəmmədhüseyn Vusuqi, 21 yaş, Ərak – sinəsinə dəyən güllə nəticəsində öldürülüb. Cəsədi beş gün sonra ailəsinə təhvil verilib.
• Pərəstu Cərrahiyan, 23 yaş, Ərak – Etirazların gərginləşdiyi zaman güllə yarası alıb və xəstəxanaya aparıldıqdan bir neçə saat sonra vəfat edib.
• Əli Nuri, 17 yaş, Ərak – təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilib.
• Arif Gülməhəmmədi, 24 yaş, Kərəc – Yanvarın 9-da öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 29 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















