Icma.az
close
up
RU
İrandakı dairələr ABŞ və İsrailin mümkün raket zərblərindən narahatdırlar Elxan Şahinoğlu

İrandakı dairələr ABŞ və İsrailin mümkün raket zərblərindən narahatdırlar Elxan Şahinoğlu

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi - 2025” adlı birgə hərbi dəniz təlimlər keçirməyi planlaşdırır. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada təlimlərin dəniz hədəflərinə hücumları, birgə axtarış-xilasetmə əməliyyatlarını əhatə edəcəyi bildirilib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.  O, bildirib ki, Rusiya son illərdə ayrılıqda həm İran, həm də Çinlə birgə hərbi təlimlər keçirir:

"Misal üçün 2024-cü il noyabrın sonunda Rusiya Çinlə birgə Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit Okeanın qərb hissəsində birgə patrul xidməti həyata keçiriblər. Bu təlimlər Yaponiyanın narahatlığına səbəb olmuşdu. Çünki, Rusiya ilə Çinin birgə təlimlər Yaponiyaya məxsus adalarıa yaxın ərazidə həyata keçirilmişdi.

İndi isə Rusiya İran və Çinlə birgə hərbi təlimlər keçirməyə qərar verib. İranın bu təlimlərə verdiyi əhəmiyyət anlaşılandır. ABŞ və İsrail İrana təzyiqi getdikcə artırırlar. İrandakı dairələr ABŞ və İsrailin mümkün raket zərblərindən narahatdırlar. Bunun qarşısının almağın yollarından biri tərəfdaş ölkələr olan – Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməkdir. İranda qərar verənlər düşünürlər ki, Rusiya və Çinlə birgə hərbi təlimlər ABŞ və İsraili İrana qarşı hərbi əməliyyat planlarından çəkindirəcək.

Çin də təlimlərə xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, təlimlərdə Çinin "Baotou" esminesini və "Qaoyu Lake" təchizat gəmisi iştirak edəcək. Təlimlərin İranın Çabahar limanı yaxınlığında keçirilməsin də diqqət çəkir. Məsələ burasındadır ki, İran həmin limanın işlədilməsini Hindistana həvalə edib. Həmin liman Azərbaycandan da keçməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hindistan məhsullarını həmin liman üzərindən Şimal-Cənubi nəqliyyat dəhlizi üzərindən daşımağı planlaşdırır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulması işinin ümumi dəyəri isə 370 milyon dollardır.

Liman Donald Tramp administrasiyasının da diqqətini çəkib. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Tramp administrasiyası limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu İranın problemlərini artıracaq. Ona görə də İran liman yaxınlığında birgə hərbi təlimlərə xüsusu əhəmiyyət verir".

Vasif 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Mart 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri