Icma.az
close
up
RU
İrandakı vəziyyət Rusiyaya da təsir edəcək Gözlənilməz XƏBƏRDARLIQ

İrandakı vəziyyət Rusiyaya da təsir edəcək Gözlənilməz XƏBƏRDARLIQ

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran rejimi son onilliklərin ən ağır böhranı ilə üz-üzədir və bu proses qlobal miqyasda ciddi dəyişikliklərə yol aça bilər.

Globalinfo.az xəbər verir ki, “Bloomberg” nəşrinin yazdığına görə, İranda baş verən etirazlar ali dini lider Əli Xameneinin hakimiyyəti üçün 1979-cu il İslam İnqilabından bəri ən ciddi sınaq hesab olunur.

Artıq iki həftədir davam edən kütləvi etiraz aksiyaları Tehrandan tutmuş milyonlarla əhalisi olan iri regionlara qədər onlarla şəhəri əhatə edib. Təzyiqlərə, həbslərə və hədələrə baxmayaraq, yüz minlərlə insan küçələrə çıxmaqda davam edir.

ABŞ açıq şəkildə etirazçılara dəstək verir. Məlumata görə, Amerika hərbçiləri Prezident Donald Trampa mümkün hərbi müdaxilə ssenariləri təqdim ediblər.

Gərginlik dünya bazarlarına da təsirsiz ötüşməyib. Son iki gündə “Brent” markalı neftin qiyməti 5 faizdən çox artıb. İnvestorlar OPEC-in əsas üzvlərindən biri olan İrandan neft tədarükündə problemlər yarana biləcəyindən ehtiyat edirlər.

Analitiklərin fikrincə, Xamenei rejimi heç vaxt indiki qədər zəif olmayıb: iqtisadiyyat çökmə həddindədir, inflyasiya rekord səviyyəyə çatıb, İsrailin zərbələrindən sonra İranın regiondakı təsiri ciddi şəkildə azalıb.

Rejimin süqutu Rusiyaya da ağır zərbə ola bilər. İran Moskvanın əsas müttəfiqlərindən biri hesab olunur və müharibədə istifadə edilən kamikadze dronları Rusiyaya məhz Tehran tədarük edib.
Lakin Fars körfəzi ölkələrini başqa ssenari narahat edir – Suriyaya və ya İraqa bənzər xaos və uzunmüddətli qeyri-sabitlik.

“Bloomberg” ekspertləri hesab edir ki, İslam Respublikası mövcud formada 2026-cı ilin sonuna qədər davam gətirməyə bilər. Mümkün variantlar arasında daxili elita dəyişiklikləri və ya SEPAH-ın çevrilişi göstərilir. Bu halda cəmiyyətdə müəyyən sosial azadlıqlar arta bilər, lakin siyasət daha sərt və militarist xarakter alacaq.

Tam kollaps hələlik qaçılmaz sayılmır. Ancaq rejimin vaxtı sürətlə tükənir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri