İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-mart aylarında Azərbaycan 2045,17 ton yerkökü və şalğamın ( təzə və soyudulmuş) həm idxalını, həm də ixracını həyata keçirib.
Bakupost.az Valyuta.az-a istinadən xəbər verir ki, qeyd olunan miqdarda ölkəyə idxal olunmuş məhsulların maliyyə dəyəri 716,47 min ABŞ dolları olaraq hesablanıb.
Məlumata görə, idxal ABŞ və İran İslam Respublikasından olub.
Yer kökü və şalğamın idxal olunduğu əsas ölkə İran olub. Bu ölkədən 2045,07 ton məhsulun idxalı həyata keçirilib. İdxal üçün 715,77 min ABŞ dollar xərclənib. Hesablamalar göstərir ki, İran adı çəkilən məhsulun 1 kiloqramını 0,34 dollar və ya 59 qəpiyə (0,59 AZN-ə) satıb.
İdxalın kiçik bir payı – 100 kiloqramı isə ABŞ-dən olub. Bu ölkədən gətirilən məhsulun dəyəri 0,69 min ABŞ dolları olub. ABŞ-dən idxal olunan yer kökü və şalğamın 1 kiloqramı 6,9 dollar və ya 11,73 manat təşkil edib.
Qeyd etdiyimiz kimi Azərbaycan adı çəkilən məhsulun ixracını da həyata keçirib.
İki ölkədən idxal olunan bu məhsul yanlız bir ölkəyə-Səudiyyə Ərəbistanına ixrac olunub. Bu ölkəyə 9,78 min ABŞ dolları dəyərində 340 kiloqram məhsul idxal olunub. Səudiyyə Ərəbistanına idxal olunan 1 kiloqram məhsulun dəyəri isə 28,76 dollar və ya 48,9 manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 İyun 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















