İrandan ABŞ yə ŞOK: Bir zərbə ilə 5 i sıradan çıxarıldı
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına raket hücumu nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş tanker təyyarəsi zədələnib.
Milli.Az xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti iki ABŞ rəsmisinə istinadən yayıb. Rəsmilərin sözlərinə görə, hava bazasında yerləşən ABŞ təyyarəsinə zərbə bu yaxınlarda baş verib. Mənbələr bildirib ki, təyyarələrə ciddi ziyan dəyib, lakin tamamilə sıradan çıxmayıblar.
Texniki xidmət personalı hazırda təyyarələri təmir etməyə çalışır. İranın raket zərbələri nəticəsində heç bir ABŞ hərbçisi xəsarət almayıb.
Qəzet qeyd edir ki, İrana qarşı əməliyyatın başlanğıcından bəri zədələnmiş və ya məhv edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarələrinin ümumi sayı yeddiyə çatıb.
Martın 12-də İraqın qərbində iki KC-135 tanker təyyarəsi toqquşub. Onlardan biri qəzaya uğrayıb və altı ekipaj üzvünün hamısı həlak olub. Zədələnmiş şaquli stabilizatoru olan ikinci tanker eniş etməyi bacarıb. /musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Mart 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















