İrandan açıqlama: Suriyadakı yeni hökumətlə əlaqəmiz yoxdur
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehran administrasiyasının Suriyadakı mövcud administrasiya ilə birbaşa əlaqəsinin olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Bekayi həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.
Ölkəsinin Suriya siyasəti ilə bağlı açıqlamalar verən Bekayi, İranın Suriyaya əvvəlki müdaxiləsinin də "terrorla mübarizə" məqsədi daşıdığını iddia edərək, "Keçmişdə bəzi qruplarla əlaqə saxlayırdıq. Ancaq Suriyanın indiki hökuməti ilə birbaşa əlaqəmiz yoxdur" dedi.
Türkiyə ilə Suriya mövzusunda fikir mübadiləsi apardıqlarını ifadə edən Bekayi, "Bölgədə və Suriyada baş verən proseslərdə iştirak edən hər bir aktyor və tərəfin hadisələrlə bağlı özünəməxsus izahatları var. Lakin bu rəvayətlərin hamısının bizim tərəfimizdən qəbul edilməsi lazım deyil"-deyə, bildirdi.
Son hadisələrdən sonra Suriyada İran vətəndaşının olmadığını bildirən Xarici İşlər Nazirliyinin sözçüsü, "Suriyadakı qeyri-müəyyənliyə görə vətəndaşlarımızın Suriyaya getməsini tövsiyə etmirik. Diplomatlarımız və hərbi müşavirlərimiz Suriyanı tərk edib. Hazırda Suriyada İran vətəndaşının olduğunu düşünmürəm"- açıqlamasını verdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 23 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















