İrandan atılan daha bir ballistik raket Türkiyə üzərində vuruldu Türkiyə MN
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama verildi.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
İrandan buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, raketin bəzi qalıqları Qaziantep şəhəri ərazisində boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Açıqlamada bildirilib ki, Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Bununla yanaşı, ölkənin ərazisinə və hava məkanına yönələn hər cür təhlükəyə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüd edilmədən atılacağı bir daha vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara əməl olunması hər kəsin maraqlarına uyğundur.
Məlumat ictimaiyyətə hörmətlə təqdim olunub.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Mart 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















