İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: hədəfə götürülüb FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın məşhur yemək bloqlarından biri olan Dadkes.az son günlər sosial şəbəkələrdə İrandan göndərilən ciddi təhdid mesajlarının ünvanına çevrilib. Bloqun sahibi bildirir ki, Güney Azərbaycan bölgələrinin mətbəx nümunələrini paylaşdığı üçün müəyyən qruplar tərəfindən hədəfə alınır.
Avtosfer.az xəbər verir ki, gələn mesajlarda müxtəlif profillərdən — bəzilərinin İran xüsusi xidmət strukturları ilə əlaqəli ola biləcəyi ehtimal edilir — bloq müəllifinə ölümlə bağlı hədələr ünvanlanır. Təhdidlərin əsas motivi kimi videolarda Təbriz, Culfa, Ərdəbil, Urmiya və digər bölgələrə aid yeməklərin hazırlanması, həmçinin paylaşımlarda Azərbaycan bayrağının görünməsi göstərilir. Bu vizualların bəziləri İran daxilində radikal qruplar tərəfindən “siyasi mesaj” kimi interpretasiya olunub və koordinasiyalı hücumlara gətirib çıxarıb.
Bloq sahibi açıqlamasında təhdidlərin mədəni irsin tanıdılmasına qarşı yönəlmiş təzyiq olduğunu vurğulayıb:
“Mən yalnız xalqımızın mətbəxini və bölgələrimizin zənginliyini göstərirəm. Əldə etdiyim bu hədələr narahatlıq yaradır və məsələ ilə bağlı müvafiq qurumlara müraciət etməyi planlaşdırıram.”
Hazırda hədə mesajlarının mənbəyi və onların hansı qruplar tərəfindən təşkil olunduğu araşdırılır. Dadkes.az nümayəndələri hüquq-mühafizə və təhlükəsizlik orqanlarına müraciət etmək niyyətində olduqlarını bildiriblər və vurğulayıblar ki, fəaliyyətlərinə fasilə vermək fikirləri yoxdur.
Mövzu sosial mediada geniş rezonans doğurub. İstifadəçilər bloq sahibinə həmrəylik nümayiş etdirərək qeyd edirlər ki, mədəni irsin təqdim olunması heç vaxt təhdid obyektinə çevrilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 08 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















