İrandan Azərbaycana edilən dron hücumu əsassız terror aktıdır Səfir
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “İzvestiya” qəzetinə müsahibəsində İran ərazisindən Azərbaycan ərazisinə edilən pilotsuz uçuş aparatının hücumunun Azərbaycan dövlətinə qarşı heç bir əsası olmayan terror aktı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, diplomat Rusiya nəşrinə verdiyi müsahibədə hücumun hədəfinin Naxçıvan Beynəlxalq Hava Limanı, terminal binası, məktəb və digər obyektlər olduğunu qeyd edib.
“Bu, Azərbaycan ərazisinə və dövlətimizə qarşı heç bir əsası olmayan terror aktıdır”, – deyə Azərbaycan diplomatik nümayəndəliyinin rəhbəri vurğulayıb.
Rəhman Mustafayev qeyd edib ki, Bakının mövqeyi siyasi, diplomatik və hərbi cavab tədbirlərini nəzərdə tutur. Onun sözlərinə görə, İran rəsmiləri izahat verməli və Azərbaycandan üzr istəməli, bu terror aktını törədən şəxslər isə cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Səfir, həmçinin əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı Azərbaycan səfirliyinin və Təbrizdəki baş konsulluğun təxliyə edildiyini bildirib.
Diplomat vurğulayıb ki, ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri, eləcə də sərhəd və digər xidmətlər maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Prezidentin vurğuladığı kimi, onlar istənilən əməliyyatı həyata keçirməyə hazır olmalıdırlar”, – deyə o qeyd edib.
Rəhman Mustafayev əlavə edib ki, terror aktı artıq geniş beynəlxalq etirazlara səbəb olub. Onun sözlərinə görə, hadisə 40-dan çox dövlət və altı beynəlxalq təşkilat tərəfindən pislənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 08 Mart 2026 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















