Icma.az
close
up
RU
İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik aşkarlanıb

İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik aşkarlanıb

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik vasitəsi aşkar edilib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İran İslam Respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda rentgen qurğusunda baxış keçirilib və bir ədəd qara rəngli sellofan torbada olan rezin boruların içərisində şübhəli cizgilər müşahidə edilib.

Baxış zamanı həmin rezin boruların içərisində, ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama müəyyən olunub. Həmin bağlamalardan 25 ədədinin içərisindən xüsusilə külli miqdarda, 983.316 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.

Aşkar edilmiş psixotrop maddəni ölkə ərazisində təhvil alacaq şəxslərin müəyyən edilməsi istiqamətində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində psixotrop maddə olan rezin boruları təhvil alan 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlardan xeyli miqdarda narkotik vasitə - 16 həb metadon və 1 həb onun qırıntısı aşkarlanıb.

Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə xarici ölkə vətəndaşları Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Yasamal rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri