İrandan Azərbaycana narkotik keçirmək istədilər FOTO KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi və DİN-in MX-nin birgə məlumatında deyilir.
Məlumata görə, fevralın 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Baxış sayı:139
Bu xəbər 18 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















