Icma.az
close
up
RU
İrandan Azərbaycana qarşı həyasız iddia KONKRET

İrandan Azərbaycana qarşı həyasız iddia KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran prezidenti COP29-da şəxsən iştirak etməli idi, lakin sionist rejimin rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi.

KONKRET.az “Nyus.am”a istinadla xəbər verir ki, bu iddianı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki səsləndirib.

O qeyd edib ki, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib:

“Ən mühüm maneə İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda ingilis-sionist şirkətlərin olmasıdır ki, bu da mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna ziddir.

Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”.

Zəruri olaraq qeyd edək ki, Pezeşkianın COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi haqda iddialar tamamilə yalan və riyakarlıqdır. Çünki İsrail Prezidentinin Ofisi İshaq Hersoqun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi” haqda rəsmi açıqlama yaymışdı (Türkiyə hava məkanını açmadığı üçün bu səfər də ləğv edildi). Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. İran Prezidenti Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi.

Digər tərəfdən, İran ekologiyaya ziyan vurmaq baxımından Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. İslam Respublikası bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, üzərinə heç bir öhdəlik götürməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə bu vaxta qədər bir qəpik də vəsait xərcləməyib.

Azərbaycan Xəzərdən nefti ən son texnologiya ilə çıxarırsa, İran köhnəlmiş avadanlıqlardan istifadə edir, çünki sanksiya səbəbindən yeni texnologiyalara İranın çıxışı yoxdur. İran hansı üzlə Azərbaycanın Xəzərdən çıxartdığı neftə görə dənizi çirkləndirdiyini iddia edə bilər?

O ki qaldı “İsraili enerji ilə təmin etmək məqsədilə” Xəzərdən neft çıxarılmasına, bu da Azərbaycana qarşı İranın həyasız şəridir. Azərbaycan neft ixrac edən ölkədir və pulunu ödəyənə neftini satır. İran isə onillərdir Azərbaycanın düşməninə neft, qaz, silah satmır, bir çox halda pulsuz, yardım kimi göndərir. Azərbaycanın öz neftini dünya bazarına çıxarması “qonşuluq prinsipinə” ziddmiş, ancaq İranın qonşuluqdakı xristian düşmənə Azərbaycana qarşı bütün vasitələrlə pulsuz silah, sursat, raket, neft bağışlaması “şiə qardaşlığı” imiş?/axaraz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri