Icma.az
close
up
RU
İrandan Azərbaycana qarşı növbəti hədsizlik VİDEO

İrandan Azərbaycana qarşı növbəti hədsizlik VİDEO

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xarici siyasətdə, o cümlədən qonşu dövlətlərlə əlaqələrdə ciddi problemlər yaşayan İran İslam Respublikası, rəsmi bəyanatlara rəğmən, yeni ilə Azərbaycanla münasibətlərdə növbəti gərginliklə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Yutub kanalında yayımlanan süjetdə qeyd olunub.

Bildirilib ki, 2025-ci ilin ilk günü, yanvarın 1-də İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, dekabrın 29-da Ərdəbil əyalətində keçirilmiş tədbirdə Azərbaycanın və onun Prezidentinin ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə Tehran tərəfinə kəskin etiraz bildirilib, bu kimi təxribatlara son qoyulması tələb olunub.

“Rəsmi Bakının atdığı bu addım danılmaz hüquqi əsaslara malikdir, bu da İran hakimiyyətinə sözügedən tədbiri və orada səslənən iddiaları başqa cür qələmə vermək, yaxud malalamaq şansı qoymur.

Belə ki, birincisi, Ərdəbilin “Əzəm məscidi”ndə keçirilmiş “Müqavimət Cəbhəsi” şəhidlərinin və Çaldıran şəhidlərinin anım mərasimi” qabaqcadan elan edilmiş rəsmi tədbir olub. İkincisi, tədbirin keçirilməsinə xeyir-dua verən, onda iştirak və çıxış edən Ayətullah Seyid Həsən Amili rəsmi şəxsdir, yəni İranın ali rəhbəri Ayətullah Əli Xameneinin Ərdəbil əyalətindəki səlahiyyətli nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsidir. Bundan başqa, tədbirin əsas təşkilatçısı olan “Ənsar əl-Mehdi Heyəti” SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən rəsmi qurumdur. Həmçinin, tədbirdəki çıxışında Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələr işlədən şəxs təsadüfi adam deyil, “Ənsar əl-Mehdi Heyəti”nin Ərdəbil bölməsinin rəhbəridir. Özü də tədbir İran Dövlət Teleradio Təşkilatının “Xəbər Şəbəkəsi” adlanan kanalı ilə canlı yayımlanıb, bu da həmin tədbirə ən yüksək səviyyədə dəstək verildiyi anlamına gəlir”, – deyə müəllif vurğulayıb.

Ətraflı videoda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri