Icma.az
close
up
RU
İrandan Azərbaycana təklif var: “Təbriz Neft Emalı Zavodunu siz işlədin”

İrandan Azərbaycana təklif var: “Təbriz Neft Emalı Zavodunu siz işlədin”

Icma.az bildirir, Tribuna portalına istinadən.

SEPAH-ın nəzarətində olan “Tasnim” Agentliyi ötən gün maraqlı yazı ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, yazıda bir sıra mətləblərə, o cümlədən İranın indiyə qədər Azərbaycana qarşı apardığı siyasət sətiraltı da olsa tənqid edilib.

Paralel olaraq Azərbaycana maraqlı təklif də verilib. “Azərbaycana təsir etmək üçün neftdən istifadə edə bilərikmi?” başlıqlı məqalədə deyilir ki, İranın Azərbaycan siyasətinə təsir etmək üçün çoxsaylı mülki rıçaqlara, o cümlədən Bakı ilə neft ticarətində iştiraka ehtiyacı var. “Bu illər ərzində iki ölkə çoxsaylı siyasi və təhlükəsizlik problemləri ilə üzləşib. Bakı Zəngəzur dəhlizi və İsrailin Azərbaycanda mövcudluğu kimi hallarda İranın milli təhlükəsizliyini və strateji maraqlarını ciddi şəkildə təhdid edib. İranın bu təhdidlərə yeganə təsirli cavabı hərbi təlimlər keçirmək və Bakıya xəbərdarlıq mesajları vermək olub”.

Məqalədə deyilir ki, İranın Azərbaycanla qarşılıqlı əlaqədə əsas problemlərindən biri mülki rıçaqların olmamasıdır. “Hökumətlərin xarici siyasət alətləri arasında hərbi təhdid rıçaqından istifadə etmək həmişə sonuncu variant olmalıdır ki, bir tərəfdən onun çəkindiriciliyi qorunsun. Digər tərəfdən də tarazlıq yaratmaq üçün qarşı tərəfi hərbi potensialını gücləndirməyə məcbur etməsin. Buna görə də, bir ölkə nə qədər çox mülki təsir alətinə malikdirsə, o ölkə xarici siyasətdə bir o qədər açıq olur”.

“Tasnim” yazır ki, hazırda İranla Azərbaycan arasında ticarət əlverişsiz vəziyyətdədir. “İki qonşu ölkə arasında ümumi ticarət həcmi təqribən 470 milyon dollar təşkil edir ki, bunun da İranın Azərbaycandan idxalı 30 milyon dollardan azdır və orada neft və qazın payı praktiki olaraq sıfırdır!”

Təklif isə ondan ibarətdir ki, Azərbaycan İrana neft satsın və əvəzində Fars körfəzindən xaricə neft daşıması imkanı yaradılsın. Belə ki, Agentlik yazısında qeyd edir ki, Təbriz Neft Emalı Zavodu Azərbaycanın yaxınlığında yerləşir və onun davamlı fəaliyyət göstərməsi üçün gündəlik 110 min barrel neft lazımdır. “Bu zavodun gücü günlük 110 min barrel nefti emal etməyə çatlr. Bu neft hal-hazırda ölkənin cənub bölgələrindən boru kəməri ilə Təbrizə daşınır. Bu zaman İran illik təxmini 60 milyon dollarlıq neft daşıyır ki, bu, həm maliyyə, həm də enerji itkisidir”.

İran tərəfi təklif edir ki, əgər bu zavodun xammal ehtiyatının hamısı və ya bir hissəsi Azərbaycandan tədarük oluna bilsə və bunun müqabilində ölkənin cənubundan xam neft Bakının Fars körfəzindəki neft alıcılarına, o cümlədən Hindistan və Pakistana çatdırıla bilər. “Bu proses gündə bir neçə min barel neftin alınması və tankerlə Təbriz neft emalı zavoduna daşınması ilə başlaya, sonra isə boru kəmərinin tikintisinə gətirib çıxara bilər. İranın cənubundan Təbrizə neft kəmərinin olması həm də Azərbaycanın neft tədarükünü dayandıracağı təqdirdə neft emalı zavodunun fəaliyyətində heç bir aksama olmayacağına zəmanət verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri