Icma.az
close
up
RU
İrandan Azərbaycanla bağlı QƏRAR

İrandan Azərbaycanla bağlı QƏRAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın Müvəqqəti İdarəetmə Şurası qonşu ölkələrə hücum etməmək barədə qərar qəbul edib.

“Cebheinfo.az”-ın məlumatına görə, qərarda qeyd edilir ki, qonşu ölkələr İrana hücum etməyəcəyi təqdirdə, onlara raket və pilotsuz təyyarələr atılmayacaq.

İran Prezidenti Məsud Pezeşkianın da qonşu ölkələrdən üzr istəməsi çox güman ki, bu qərardan irəli gəlir. Lakin İran tərəfinin bu vədinə əməl edəcəyi inandırıcı görünmür. 

İlk növbədə ona görə ki, hazırda ağır müharibə davam edir və İran ABŞ-a və İsrailə cavab zərbələri endirməsi münaqişənin əhatə dairəsinin genişlənməsinə səbəb olur. 

İkincisi, İranın ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına raket və dron hücumu etməsi Müvəqqəti İdarəetmə Şurasının qərarının həyata keçəcəyini şübhə altına alır.

Üçüncüsü, ali lider Ayətullah Seyid Əli Xameneyinin öldürülməsindən sonra hakimiyyətə nəzarət daha çox İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) keçib.

Pezeşkianın rəhbərlik etdiyi hökumət ciddi səlahiyyətə malik olmadığından ölkənin gələcəyi ilə bağlı mühüm qərarların qəbul edilməsi proseslərindəın kənarlaşdırılıb. 

Azərbaycana dron hücumunun SEPAH tərəfindən təşkil edilməsi də bununla bağlıdır. Lakin Azərbaycana edilən dron hücumundan sonra İranın beynəlxalq etirazlarla üzləşməsi görünür, Müvəqqəti İdarəetmə Şurasını qonşu ölkələrə hücum etməmək barədə qərar qəbul etməyə vadar edib.

Bununla da rəsmi Tehran Azərbaycanla gərginliyin yaranmamasında maraqlı olduğuna dair mesaj verir. Əks təqdirdə, ağır durumda olan İran şimal sərhədlərində özünün yarada biləcəyi eskalasiyanın onun əleyhinə işləyəcəyini anlayır. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Açar sözlər: İran Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri