Icma.az
close
up
RU
İrandan gətirilən meyvə tərəvəz bahalaşacaq XƏBƏRDARLIQ

İrandan gətirilən meyvə tərəvəz bahalaşacaq XƏBƏRDARLIQ

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər İranda baş verən sosial-iqtisadi gərginlik və bazarlarda müşahidə olunan qeyri-sabitlik region ölkələrinin iqtisadi gündəminə də təsirsiz ötüşmür. Belə ki, xüsusilə inflyasiyanın sürətlənməsi, milli valyutanın dəyər itirməsi və logistika zəncirində yaranan çətinliklər İranın ixrac potensialına birbaşa təsir göstərir. Bu proseslər fonunda Azərbaycana İrandan idxal olunan məhsulların, xüsusən də gündəlik istehlak mallarının qiymətində dəyişikliklər diqqət çəkir. Ən çox müzakirə olunan məsələlərdən biri də çərəz, meyvə quruları və xüsusilə, Ramazan ayı ərəfəsində tələbatı kəskin artan xurmanın qiymət dinamikasıdır. İranda yaranmış mövcud vəziyyətin bu məhsulların qiymətinə və yerli bazardakı təklifə necə təsir edəcəyi də cəmiyyət üçün aktual əsas suallardan biridir.

Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son günlər İranda baş verən proseslər, xüsusilə iqtisadi və logistika sahəsində yaranan qeyri-müəyyənliklər Azərbaycana bu ölkədən idxal edilən məhsulların qiymətlərinə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, ümumilikdə, təsir daha çox birbaşa idxaldan asılı olan və alternativ tədarük mənbələri məhdud olan məhsullarda hiss olunur.

“Hazırda müşahidələr göstərir ki, İrandan gətirilən bəzi kənd təsərrüfatı məhsullarında, xüsusilə tərəvəz, meyvə və mövsümi məhsullarda qiymət artımı riski mövcuddur. Bunun əsas səbəbləri İranda daxili bazarda qiymətlərin artması, nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də sərhəd-keçid və logistika proseslərində yaranan ləngimələrdir. Bu amillər idxalçıların maya dəyərini artırdığı üçün son nəticədə bazar qiymətlərinə təsir göstərə bilir.

Azərbaycana İrandan gətirilən çərəz və meyvə quruları ilə bağlı isə hazırda kəskin bahalaşma müşahidə olunmur. Bununla belə, proseslər uzanarsa və İranda istehsal və ixrac imkanları məhdudlaşarsa, yaxın aylarda bu məhsullar üzrə də mərhələli qiymət artımı baş verə bilər. Xüsusilə badam, fıstıq, kişmiş və müxtəlif növ qurudulmuş meyvələr risk qrupunda hesab olunur”.

Akif Nəsirli eyni zamada Ramazan ayı ərəfəsində xurmanın qiymətinin necə dəyişəcəyi məsələsinə də diqqət çəkib:

“Ramazan ayı ərəfəsində ən çox müzakirə olunan məhsullardan biri xurmadır. Azərbaycan bazarında xurmanın əsas tədarükçülərindən biri İran olsa da, ölkəmiz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və digər ölkələrdən də xurma idxal edir. Bu səbəbdən, Ramazan öncəsi xurmanın qiymətində müəyyən artım müşahidə oluna bilər, lakin bu artım daha çox mövsümi tələbatın yüksəlməsi ilə bağlıdır. Hazırkı vəziyyət xurma qıtlığı riskinin yüksək olmadığını göstərir və bazarda alternativ mənbələr hesabına tələbatın ödəniləcəyi gözlənilir.

Ümumilikdə, İranda gedən proseslər qısamüddətli dövrdə bəzi idxal məhsullarının qiymətinə psixoloji və logistika təsiri yarada bilər. Lakin Azərbaycanda idxal coğrafiyasının nisbətən şaxələndirilməsi kəskin bahalaşma və ya ciddi məhsul çatışmazlığı risklərini hələlik məhdudlaşdırır”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında İrandan Azərbaycana 509,9 milyon dollar dəyərində məhsul idxal olunub. Əsas idxal məhsulları - meyvə-tərəvəz, tikinti materialları hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri