İrandan idxal olunan məhsulların bahalaşmasına aydınlıq gəldi
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
İrandan Azərbaycana idxal olunan məhsulların qiymətinin artım səbəbinə aydınlıq gətirilib.
Gununsesi.info xəbər verir ki, məsələni ABC.AZ-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, artımın səbəbi ticarətin hər iki ölkə arasında dollarla aparılmasıdır.
Bununla yanaşı, İran milli valyutasının dollara nisbətən mövqelərini təhvil verməsi və daha da ucuzlaşması da qiymət artımına səbəb olan amillərdəndi:
“Eyni zamanda neftin qiymətinin artması və müharibə şəraiti loqistik xərclərin artmasına səbəb olur. Həmçinin, loqistik xərclər, tranzit maliyyəsi artdıqca da məhsulun maya dəyəri daha da artmış olur. Son nəticədə məhsulların bazara çıxarılması zamanı qiymət artımı ilə qarşılaşırıq. Düşünürəm ki, qiymət artımı olacaq, amma İran malları bazarın 5 faizinə qədərini təşkil etdiyi üçün bu məhsullar bütün dövriyyəyə təsir göstərmək imkanlarına malik deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















