İrandan İsrail və ABŞ yə 40 cı əməliyyat dalğası: Bu ölkələrdəki hərbi obyektlərə hücum edildi
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün İran İsrail və ABŞ-yə qarşı əməliyyatın 40-cı mərhələsinə başlayıb.
BAKU.WS "TASS"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd edilib ki, İran İsrail və ABŞ-yə qarşı "Əsl Vəd-4" əməliyyatı çərçivəsində daha bir zərbə dalğası başladıb.
Bu səbəbdən ABŞ-nin İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib.
"Əməliyyatın 40-cı mərhələsində "Qədr" qanadlı raketlər, "Emad" və "Kheibar Shekan" ballistik raketləri, eləcə də hipersəs silahlar, "Fəttah" raketi istifadə edilib" -deyə İran dövlət televiziyasında bildirilib.
40-cı əməliyyat dalğası hücumları İsrail ərazisini və İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgədəki ABŞ bazalarını hədəf alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Mart 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















