İrandan kənar qüvvələrin regionda iştirakına reaksiya
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Qafqazda baş verən hadisələrin iki əsas istiqaməti var: birincisi sülh və Azərbaycan-Ermənistan fikir ayrılıqlarının sülh yolu ilə həlli, ikincisi isə tranzit və nəqliyyat marşrutlarına aiddir.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, İran sülh sazişinin tezliklə imzalanmasının vacibliyini dəfələrlə vurğulayıb: "Biz Azərbaycan və Ermənistanı sülh sazişinə doğru irəliləməyə çağırmışıq. Biz nəqliyyat marşrutlarının genişləndirilməsinin tərəfdarıyıq, lakin bu, ölkələrin ərazi bütövlüyünə zidd olmamalıdır. İranın bu məsələdə mövqeyi dəyişməyib. İran hər zaman kommunikasiya yollarının yaradılmasını və genişləndirilməsini dəstəkləyib, bunu ölkələrin iqtisadi inkişafı və regional ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində effektiv addım hesab edib. İranın bunu regionun təhlükəsizliyi və inkişafı maraqlarına zidd hesab etmədiyi müzakirə edilib, bu barədə bəzi qeyri-regional qüvvələrin Cənubi Qafqazda baş verən proseslərdə iştirakı ilə bağlı şayiələr artıq müvafiq tərəflər tərəfindən təkzib edilib və İran həm Azərbaycan, həm də Ermənistanla yaxından təmasdadır".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















