İrandan kritik xəbər: “Nüvə obyektlərimizi yenidən quracağıq”
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Sky News Arabia-ya müsahibəsində iyunda İsraillə baş vermiş 12 günlük qarşıdurma zamanı zədələnən nüvə obyektlərinin yenidən bərpa ediləcəyini bildirib.
News24.az xəbər verir ki, hədəfdə olan obyektlər beynəlxalq təzyiqlərə və İsraildən gələn yeni hücum təhlükəsinə baxmayaraq, yenidən tikiləcək.
İslami uranın zənginləşdirilməsi sürətinin şişirdildiyi barədə iddiaları təkzib edərək qeyd edib ki, yüksək zənginləşdirmə dərəcəsi mütləq silah məqsədlərinə xidmət etmir:
"Bu, həssas ölçmə alətləri üçün zəruridir. İllərdir embarqo altındayıq, bu məhsulları bizə heç kim satmır”.
ABŞ-lə dialoqa dair sualı cavablandıran İslami bildirib:
“Onlarla danışmağa ehtiyac yoxdur. ABŞ İslam İnqilabından bəri İran xalqına qarşı böyük haqsızlıqlar edib və son dövrlərdə ölkəmizə qarşı hərbi əməliyyatlara başlayıb. Belə düşmənlə danışmağın mənası yoxdur”.
Aqil Qarayev


