İrandan nüvə silahı açıqlaması: parlament qanun layihəsini müzakirə edir
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərinə sadiq qalmaqda davam edir və hələ də belə silahların Yaxın Şərqdə yeri olmadığını düşünür.
Turkustan.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
O qeyd edib ki, İran Xarici İşlər Nazirliyi iranlı deputatların Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasını nəzərdən keçirməsi məsələsində ölkə parlamenti ilə koordinasiyadadır.
Bir gün əvvəl Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Komitəsinin rəsmi nümayəndəsi bildirmişdi ki, İranın bu sazişdən çıxmasının vaxtı çatıb.
Sonradan məlum olub ki, bu məsələyə ölkə parlamentində baxılır.
Bəqayi İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqlara gəlincə, deyib: "İran hesab edir ki, İsrailin davam edən zərbələri kontekstində Amerika tərəfi ilə danışıqlar aparmağın mənası yoxdur".
Onun sözlərinə görə, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin bu hücumunu tanımağa və pisləməyə borcludur./publika.az
Baxış sayı:121
Bu xəbər 16 İyun 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















