İrandan Rusiyaya gedən TIR dan 150 kiloqram narkotik çıxdı
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
AzPost-un məlumatına görə, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
“Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kq 295 qram olan narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Paylaş


