İrandan Rusiyaya kahı aparanların yükündən marixuana çıxdı Fotolar
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib:
“Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib”.




Rusiyaya bibər aparanların yükündən 103 kq narkotik çıxdı Fotolar
03 Avqust 2025 10:48
Alma yükündən 78 kq marixuana çıxdı FOTOLAR
09 Dekabr 2024 11:26
İrandan Rusiyaya gedən TIRda görün nələr çıxdı?
06 Noyabr 2024 10:55
İrandan Rusiyaya brokoli aparan TIR da görün nələr çıxdı?
16 May 2025 09:39
İrandan Rusiyaya gedən TIR dan 150 kiloqram narkotik çıxdı
01 Avqust 2025 12:35

