İrandan Rusiyaya silah daşıyan Rona yük gəmisi Xəzər dənizində batıb
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
14 Hindistan və İran vətəndaşından ibarət heyət Türkmənistan sahil xidmətləri tərəfindən keçirilən əməliyyatla xilas ediliblər
Rusiyaya silah daşıyan İrana məxsus "Rona" yük gəmisi Xəzər dənizində batıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) hadisənin səbəbini açıqlamadan məlumat yayıb.
Bildirilib ki, 14 Hindistan və İran vətəndaşından ibarət heyət təcili siqnal göndərib və Türkmənistan sahil xidmətləri tərəfindən keçirilən əməliyyat zamanı onlar xilas ediliblər.
"Rona" gəmisi 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrına qədər İranın Əmirabad və Ənzəli limanlarından Həştərxan, Mahaçqala və Azov limanlarına təxminən 20 səfər edib. İzləmə məlumatlarını təhlil edən "Important Stories"in məlumatına görə, gəmi İranın Əmirabad və Ənzəli limanlarından təxminən 20 səfər edib. Batdığı zaman yük gəmisi Həştərxana səfər edirmiş.
CNN-in əvvəllər xəbər verib ki, İrandan Rusiyaya silah daşınması üçün əsas kanal Həştərxanla İranın Əmirabad və Ənzəli limanları arasındadır. "The Wall Street Journal"ın məlumatına görə, bu marşrutla Rusiyaya yüz minlərlə artilleriya mərmisi və digər sursat çatdırılır.
Bundan əvvəl, dekabrın 12-də Ukrayna Xəzər dənizində İrandan Rusiyaya silah və hərbi texnika daşıyan iki Rusiya gəmisini vurmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















