İrandan Rusiyaya unikal təklif: Putinə bunu etməyə hazırıq
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tehran hibrid hücumlara qarşı mübarizə sahəsində əldə etdiyi təcrübəni Moskva ilə bölüşməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı İbrahim Əzizi “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, “düşmən” qlobal media da daxil olmaqla müxtəlif vasitələrlə hibrid müharibə aparır və bütün dünyanı təsiri altına alan faktiki bir yalan imperiyası yaradıb.
“Onlar ictimai rəyə təsir etmək üçün saysız-hesabsız yalan və etibarsız məlumatlar yayırlar. Uzun illərdir davam edən qarşıdurma şəraitində biz belə hücumlara qarşı etibarlı müdafiə sistemi qurmuşuq. Zərurət yaranarsa, bu sahədəki nailiyyətlərimizi Rusiya ilə bölüşməyə hazırıq”, – deyə Əzizi vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, bəzi Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı hibrid müharibə aparırlar. Xüsusilə, XİN rəsmisi Mariya Zaxarova qeyd edib ki, xüsusi hərbi əməliyyatdan xeyli əvvəl Britaniya rəhbərliyi Rusiyaya qarşı sistemli kampaniyaya başlayıb və ictimai sahəyə ardıcıl şəkildə rusofob xarakterli təxribatlar ötürüb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 12 Dekabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















