Icma.az
close
up
RU
İrandan sonra Rusiyada da təkrarlanır: Azərbaycanlıların gözlədiyi xəbər

İrandan sonra Rusiyada da təkrarlanır: Azərbaycanlıların gözlədiyi xəbər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda İranda davam edən etirazlar fonunda bu ölkə ilə yanaşı, qonşu Rusiyada da mövcud daxili gərginliklər səbəbilə hakimiyyət dəyişikliyi iddiaları gündəmə gətirilir. Cəmiyyətin əhəmiyyətli hissəsi hər iki ölkəni və oradakı siyasi rejimləri Azərbaycan üçün təhlükə mənbəyi hesab edir.

Maraqlıdır, rejimlərin süqutu avtomatik olaraq Azərbaycanın təhlükəsizliyini və geosiyasi mövqeyini gücləndirəcəkmi? Yoxsa ən yaxın qonşuluğumuzda baş verə biləcək xaos, idarəolunmazlıq və güc boşluğu ölkəmiz üçün daha ciddi problemlər yaradacaq?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan cəmiyyətində İran və Rusiyaya münasibət böyük ölçüdə birmənalıdır:

“Bizim cəmiyyətimizdə hər iki ölkə Azərbaycan xalqının bölünməsində iştirak etmiş, müstəmləkə siyasəti yürütmüş və assimilyasiya cəhdləri göstərmiş dövlətlər kimi qəbul edilir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 35 ildə bu yanaşma daha qabarıq şəkildə özünü göstərib. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalması, eləcə də bu iki dövlətin ölkəmizi işğal vəziyyəti ilə barışmağa məcbur etməyə yönəlmiş təzyiqləri cəmiyyətimizin yaddaşındadır.


Oqtay Qasımov

Azərbaycanın həm İran, həm də Rusiya ilə münasibətləri müəyyən dövrlərdə normal görünsə də, gərginliyin artmasına səbəb olan addımlar əsasən bu ölkələrdən gəlib. Məsələn, Azərbaycan təyyarəsinin vurulması və ya İranda ölkəmizin səfirliyinə edilən hücum bunu açıq şəkildə göstərir. Hər iki ölkə bu gün həm region, həm də dünya üçün ciddi təhlükə mənbəyi hesab olunur.

Xüsusilə İrandakı rejim son 47 ildə qonşu ölkələrə “din ixracı” adı altında təzyiq göstərib, hər il milyonlarla dollar vəsait ayıraraq digər dövlətlərin daxili işlərinə müdaxilə etməyə çalışıb. Bu gün həm İran, həm də Rusiya rejimləri beynəlxalq sanksiyalar altındadır. Əgər bu ölkələrdə xaos yaranarsa, regiona təsiri qaçılmaz olacaq. Bununla belə, biz heç bir halda xaosun tərəfdarı deyilik. Azərbaycan üçün əsas prioritet regionda sabitlikdir. Biz proseslərin islahatlar yolu ilə, nəzarətli şəkildə tənzimlənməsini istəyirik”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri