İrandan sonra Rusiyaya tələbat artıb Peskov
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Rusiyanın enerji ehtiyatlarına tələbat əhəmiyyətli dərəcədə artıb.
Ölkə.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya həm boru kəməri, həm də mayeləşdirilmiş qaz da daxil olmaqla, etibarlı neft və qaz təchizatçısı olaraq qalır.
"Rusiya müqavilə üzrə bütün tədarüklərin davamlılığını təmin etmək iqtidarındadır", - deyə o bildirib.
Tehranla münasibətlərə münasibət bildirən prezidentin mətbuat katibi qeyd edib ki, Rusiya İran rəhbərliyi ilə dialoqu davam etdirir. "Biz İran rəhbərliyinin nümayəndələri ilə dialoqdayıq və bu dialoqu mütləq davam etdirəcəyik", - o söyləyib.
Peskov ölkələr arasında hərbi-texniki əməkdaşlığın hazırda davam edib-etmədiyi barədə konkret fikir bildirməyib. "Bu mövzuda demək istədiyim tək şey budur", - Kreml sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Mart 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















