Icma.az
close
up
RU
İrandan soruşulanda ki, yol niyə çəkilmir, başlayırlar dəsmal götürüb ağlamağa Zərdüşt Əlizadə

İrandan soruşulanda ki, yol niyə çəkilmir, başlayırlar dəsmal götürüb ağlamağa Zərdüşt Əlizadə

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İran prezidenti İran dövlətində çox məhdud səlahiyyətləri olan, yüksək vəzifəli şəxsdir. Çünki hakimiyyət əslində ruhanilərə məxsusdur, xalq tərəfindən seçilmiş prezidentə yox".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycanla İran arasında quru yolların təmir olunması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirdi.

Onun sözlərinə görə, İran Prezidenti heç də bütün İran iqtisadiyyatına nəzarət etmir:

"Onun tabeliyində olan nazirlər İranı tam idarə etmək səlahiyyətinə malik deyillər. Belə şəraitdə İran Prezidenti Rusiya, Azərbaycan və İran üçün çox vacib olan “Dəmir yolu” dəhlizindən danışır. Bu məsələ bəlkə də 20-30 ildir müzakirə olunur. Amma həllini tapmır. Niyə həllini tapmır? Çünki müəyyən nüfuzlu siyasi, dini dairələr Şimal-Cənub yolunun çəkilməsini istəmirlər. Azərbaycan layihənin icrası üçün tələb olunan addımları atıb".

Politoloq qeyd etdi ki, Azərbaycan hətta müəyyən mərhələdə İrana böyük məbləğdə kredit də verməyə razı olub.

"Onlardan ciddi olaraq soruşulanda ki, yol niyə çəkilmir, başlayırlar dəsmal götürüb ağlamağa, danışırlar ki, bu çox münbit ərazilərdə İran-İraq müharibəsində şəhid olmuş və ya əlil olmuş insanlara torpaq sahələri verilib. İndi İran dövləti torpaqları ala bilmir. Bunu həll etmirlər. Azərbaycanla İran arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün xeyli imkan var. Həm Azərbaycan, həm də İran bunun üçün müəyyən addımlar atmalıdır. Ümid edək ki, Pezekişianın Azərbaycana səfəri və Azərbaycana müsbət münasibəti bəlkə də əlaqələrin inkişafına təkan verdi", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri