İranı azadlığa qovuşdurmağın vaxtı gəlib çatdı Netanyahu
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Bizim hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq".
"Unikal" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların başlaması ilə bağlı xalqa müraciətində deyib.
O, İrana qarşı başladılan hərbi əməliyyatı “Şirin nərəsi” adlandırıb və bir neçə gün davam edəcəyini bəyan edib.
"Bu ölümcül terror rejiminin bütün bəşəriyyəti təhdid etməyə imkan verəcək nüvə silahı ilə silahlanmasına icazə verilməməlidir. Bizim (ABŞ-la) birgə hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq. İran xalqının bütün üzvlərini zülmdən qurtarmağın, İranı azadlığa və barışa qovuşdurmağın vaxtı gəlib çatdı. İsrail vətəndaşları, mən sizə müraciət edirəm! Arxa komandanlığın göstərişlərinə əməl edin, yaxın günlərdə "Şirin nərəsi" əməliyyatında hamımıza dözüm və cəsarət lazımdır”, - Netanyahu bildirib.
Baxış sayı:163
Bu xəbər 28 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















