Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

İranı heç Putin də dayandıra bilməyəcək

İranı heç Putin də dayandıra bilməyəcək

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın 60%-ə qədər zənginləşdirilmiş uran istehsalı gücünü artırmaq addımlarını kəskin şəkildə pisləyib və nüvə eskalasiyasını dərhal dayandırmağa çağırıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Biz, Almaniya, Fransa və Böyük Britaniya hökumətləri, MAQATE-nin məlumat verdiyi, İranın yeraltı Fordo obyektində 60%-ə qədər zənginləşdirilmiş uran istehsalını əhəmiyyətli dərəcədə artırmaq məqsədilə nüvə proqramını genişləndirmək istiqamətindəki son addımlarını qətiyyətlə pisləyirik."

Bundan əlavə, ölkələr narahatdır ki, İran fəaliyyət göstərən sentrifuqaların sayını artırıb və uranın zənginləşdirilməsi üçün əlavə infrastrukturun quraşdırılmasına hazırlıq işlərinə başlayıb.

"Biz İranı bu addımlardan imtina etməyə və nüvə eskalasiyasını dərhal dayandırmağa çağırırıq", - deyə Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi "Reuters" agentliyinə müsahibəsində bildirib ki, İranda 60%-ə qədər zənginləşdirilmiş uran istehsalı gücü kəskin şəkildə artır. Onun sözlərinə görə, əvvəllər İran ayda təxminən 5-7 kq belə uran istehsal edirdi. Ancaq indi 60%-ə qədər zənginləşdirilmiş uran istehsal gücü "yeddi, səkkiz, hətta daha çox dəfə" arta bilər. Nüvə silahı istehsalı üçün ən azı 90%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları yaradılmalıdır.

İranın nüvə proqramı ilə bağlı danışıqlar 29 noyabr tarixində Cenevrədə iki illik fasilədən sonra İran və "Avropa üçlüyü" arasında keçirilib.

Rusiyalı politoloq Aleksey Naumov mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiya digər nüvə klubu üzvləri kimi, bu klubun genişlənməsini istəmir. Onun sözlərinə görə, bu gün Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin nüvə klubunun bağlı qalmasında maraqlıdırlar:

"Ona görə də düşünmürəm ki, Rusiya hansısa şəkildə İranın nüvə proqramına kömək edəcək. Digər tərəfdən, Avropa İttifaqı ölkələrinin, ABŞ-nin və İsrailin İranın nüvə proqramını dayandırmaq üçün o qədər də çox yolu yoxdur. İran artıq uranın zənginləşdirilməsi mərhələsində çox yüksək bir səviyyədədir və çox qısa müddət ərzində nüvə başlığı yarada bilər. Anlamaq lazımdır ki, bu gün Tehranı nüvə silahı əldə etməkdən qəti şəkildə yayındıracaq heç bir zəmanət yoxdur.

Buna görə də gec-tez İran heç olmasa sadə bir-iki və ya beş nüvə başlığına sahib olacaq. Bu silahlar birbaşa  Amerika Birləşmiş Ştatlarına təhlükə yaratmayacaq, lakin ilk növbədə İsrail üçün təhlükə təşkil edəcək. 

Nəzərə alaq ki, İran bu gün çox çətin geosiyasi şəraitdədir, HƏMAS faktiki olaraq məhv edilib, “Hizbullah” ciddi itkilərə məruz qalıb. Suriyada İran tərəfdarı olan Bəşər Əsəd rejimi də məhv edilib. Ona görə də düşünürəm ki, vəziyyətin daha da pisləşməsi halında İran istənilən halda bu nüvə silahlarına sahib olacaq və heç kim ona mane ola bilməyəcək”. 

O bildirib ki, Rusiya İranın nüvə silahı əldə etməsini istəməzdi, lakin o da Tehranı bu məsələdə dayandıra bilmir:

“Yeganə yol  hərbi əməliyyatdır, lakin bu da zəmanətli deyil. Üstəlik, bu, çox baha başa gəlir və bu gün heç kim buna hazır deyil. Ona görə də düşünürəm ki, gec-tez biz İranı bir neçə az gücə malik nüvə başlıqlarının sahibi olaraq görəcəyik."

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see298

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see288

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see254

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see252

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see246

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see237

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see217

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see216

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see204

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see198

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see196

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see195

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see191

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see186

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see181

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see178

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see172

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see165

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see163

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri