Icma.az
close
up
RU
İranı işğal edə bilməyəcəklər, amma darmadağın edə bilərlər Zərdüşt Əlizadə

İranı işğal edə bilməyəcəklər, amma darmadağın edə bilərlər Zərdüşt Əlizadə

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirdib ki, ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.

ABŞ və İran arasında müharibə başlaya bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, İran beynəlxalq hüquqa tam müvafiq mövqeyini müdafiə edir:

"İsrail ilə İran arasında, İran ilə Amerika arasındakı ziddiyyətin ifadəsi nədir? İran deyir ki, məzlum, hüquqları tapdalanmış xalqın hüquqlarını təmin etsin. BMT-nin çıxardığı qərarda Fələstin dövlətinin yaranması nəzərdə tutulurdu. İsrail isə deyir ki, mən güclüyəm, işğal etdiyim əraziləri qaytarmaq fikrində deyiləm. Fələstin xalqının dövlət qurmaq hüququnu tanımıram. Amerika İsrailin işğal etdiyi əraziləri tanıdı. Amerika ilə İsrailin mövqeləri beynəlxalq hüquqa tamamilə ziddir. Tramp bildirir ki, Qəzza zolağından iki milyon iki yüz min ərəbi başqa bir dövlət ərazisinə köçürmək lazımdır. Bu, etnik təmizləmənin qanuniləşdirilməsi deməkdir".

Politoloqun sözlərinə görə,  Amerikanın mövqeyi İsraili müdafiə etməkdir:

"Çünki İsrail Amerikanın Yaxın Şərqdəki maraqlarını tamamilə təmin edən işğalçı dövlətdir. İranı beynəlxalq hüquqda əzmək Amerikanın mövqeyidir. İran öz siyasətini müdafiə etmək üçün müxtəlif qurumlar yaradıb. Son 40 ildə İsrailə qarşı güc göstərən ərəb dövlətləri bir-bir vuruldu. Onlar demokratik dövlət deyildilər, amma İsrailin işğalçı siyasətini qəbul etmirdilər. İsrailin işğalçı siyasətinə qarşı duran yeganə ölkə İrandır. İrana qarşı sanksiyalar siyasəti tətbiq edilir. İranın əsasən neft satışından asılı olan iqtisadiyyatını bərbad hala qoyublar".

Müsahibimiz qeyd etdi ki, İsrail İran dövlətini dağıtmaq istəyir.

"Özünün gücü çatmır və Amerikanı qızışdırır. Tramp qüvvə toplayır, amma görür ki, İranla müharibəyə başlasa, İranın gücü var. Hərbi mütəxəssislər Trampa bildirir ki, İrana hücum etsəz, Amerika güclüdür, amma İranın da gücü var. İran Amerikanın Yaxın Şərqdəki bazalarını vura bilər. Suriyadakı, İraqdakı amerikanları vura bilər. Son yol olaraq, 3-4 gəmi batırıb Hörmüz boğazını bağlaya bilər. Yaxın Şərqdən Avropaya neft daşıyan gəmilərin yolu bağlana bilər. Bu, Amerika üçün ağır nəticələr gətirə bilər. Neftin qiyməti qalxa bilər. Benzin daha baha qiymətə satılacaq. Bu da Trampın siyasi karyerasına son qoyacaq. Buna görə də Tramp İrana qarşı müharibəyə başlamaqdan çəkinir.

Omanda danışıqlar başlayıb. Tramp deyir ki, bu, birbaşa danışıqlardır. İran diplomatiyası isə deyir ki, bu, Oman vasitəsilə gedən danışıqlardır. Bu, boş söhbətdir. İran Amerika ilə birbaşa danışıqlara gedir. Çünki başa düşür ki, əgər müharibə olsa, əlbəttə, İranı işğal edə bilməyəcəklər, amma darmadağın edə bilərlər. Amerika, İsrail aviasiyası güclüdür. İranın aviasiyası yoxdur. İran müharibə istəmir, müharibə təhlükəsini sovuşdurmaq istəyir. Tramp hücum etmək istəmir, çünki Amerikanın məruz qalacağı itkilərin ağır ola biləcəyini bilir", - deyə Z.Əlizadə bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri