İranı şantaj etmək nəticə verməyəcək Qalibaf
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni İslamabad qarşılıqlı anlaşma memorandumunun müddəalarını kobud şəkildə pozmaqda günahlandırıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Qalibafın sözlərinə görə, ABŞ tərəfindən yol verilən əsas pozuntular sırasında İran gəmilərinin Hörmüz boğazından keçidinə maneələrin yaradılması, hərbi əməliyyatların bərpası ilə bağlı davamlı təhdidlər, neft sanksiyalarının yenidən tətbiqi, İsrailin Livana qarşı əməliyyatlarının davam etməsi və İranın cənub bölgələrinə endirilən zərbələr yer alır.
İran parlamentinin sədri qeyd edib ki, bu addımlar İslamabad memorandumunun ruhuna və öhdəliklərinə ziddir.
“Qorxutma və təzyiq dövrü başa çatıb. İranı şantaj etməyə yönəlmiş cəhdlər heç bir nəticə verməyəcək”, – deyə Qalibaf vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücum etdiyini iddia edərək ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 08 İyul 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















