Icma.az
close
up
RU
İranı vuran dronlarla bağlı həqiqət üzə çıxdı Elektron sübutlar var

İranı vuran dronlarla bağlı həqiqət üzə çıxdı Elektron sübutlar var

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın bəzi dairələri yenə köhnə adət-ənənəni pozmurlar: daxildə baş verən hər hansı bir uğursuzluğun, sızmanın, zəifliyin cavabdehini xaricdə, daha dəqiq desək, Azərbaycanda  axtarırlar. Son günlər Tehran mediasında və sosial şəbəkələrdə yayılan, guya İsrail təyyarə və dronlarının Azərbaycan ərazisindən İrana doğru havalanması barədə iddialar buna bariz nümunədir.

Radarlar yalan danışmır. İnformasiya müharibəsində sözlər saxtalaşdırıla bilirsə, elektron sübutlar bunu bacarmır. Hərbi radar qeydləri açıq şəkildə göstərir ki, İsrailə məxsus döyüş təyyarələri Tel-Əvivdən qalxaraq, əvvəlcə Suriyanın, sonra isə İraqın hava məkanından keçərək İran ərazisinə daxil olur. Bu, adi hərbi marşrutdur və istənilən beynəlxalq müşahidəçi bu trayektoriyanı təsdiqləyə bilər. Nə Azərbaycan hava məkanında bir iz var, nə də Azərbaycan torpağında bir hərbi fəallıq.

İranın öz ərazisində qaldırılan, öz ərazisindən idarə olunan dronların guya Azərbaycandan havalanması barədə deyilənlər, məntiqlə izah ediləsi deyil. Məsələ burasındadır ki, bu hücumlar daha çox Ukraynanın Rusiya daxilindəki strateji hədəflərə qarşı həyata keçirdiyi əməliyyatlara bənzəyir. Sadə dildə desək, İran özü-öz daxilindəki boşluqlarla qarşı-qarşıyadır. Və bu boşluqlar istər-isti istəməz İsrail və ABŞ kimi xüsusi xidmət orqanlarının orada kök salmasına, təhlükəsizlik divarlarını aşmasına şərait yaradır.

Bəzən "düşmən xaricdə deyil, içəridədir" ifadəsi bəziləri üçün şüar kimi səslənsə də, bu günkü İran reallığında bu, bəlkə də tək doğru cümlədir. İranın içində sistemə qarşı mübarizə aparanlar, öz təhlükəsizlik orqanlarında belə, bu xarici təsirlərin qarşısını ala bilmirlər. Hətta bu əməliyyatların çoxu İranın strateji obyektlərinin içindən idarə olunur, kənardan yox.

Bütün bu xaos fonunda Azərbaycan-İran sərhədindəki vəziyyətə baxsaq, orada tam sabitlik və təhlükəsizlik hökm sürür. Nə hərbi həyəcan var, nə də sərhəddə qarşıdurma. Bu sabitlik, əlbəttə ki, səbəbsiz deyil. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və zamanında atılmış diplomatik addımların nəticəsidir. Azərbaycanın İranla münasibətləri normallaşdırması, dövlət başçılarının birbaşa təması, açıq dialoq kanallarının qurulması, əslində, bu gün regionun sabitliyinə xidmət edir.

Amma nə yazıq ki, İranda hər zaman "qaranlıqdan bəslənən" zümrə olub. Onlar üçün reallıq yox, təbliğat önəmlidir. Onlar üçün təhlükəsizlik yox, günahkar tapmaq vacibdir. Azərbaycanla münasibətlərin normal olması isə onların maraqlarına uyğun deyil. Və buna görə də, məsuliyyəti öz üzərlərindən atmaq üçün Azərbaycanın adını hallandırırlar. Halbuki həqiqət Azərbaycan torpağında deyil, Tehran küçələrində gizlənib.

İranın içindəki problemləri xaricə yönəltmək cəhdi yenilik deyil, amma bu yanaşma problemi həll etmir. Azərbaycan heç vaxt başqa ölkələrin daxilində baş verən qarşıdurmalarda vasitəçi olmayıb. Azərbaycan nə baş verənlərin içindədir, nə də kənarında - sadəcə öz sərhədinə, sabitliyinə və münasibətlərə diqqət ayırır.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri